08.08.2020
Zaqatala rayon Mədəniyyət Mərkəzi tərəfindən avqust ayında doğulmuş görkəmli şəxslərə həsr olunan bir sıra onlayn tədbirlər və solo konsertlər həyata keçirilib.
Yuxarı Çardaqlar kənd Diyarşünaslıq evinin metodisti Nazən Bulacova “Bəstəkar Oqtay Kazımov”, Zəyəm kənd klubunun müdiri Xədicə Əliyeva “Sənətin qüdrəti və vüsəti – Rasim Balayev”, Mədəniyyət Mərkəzinin metodisti Tahirə Pirimova “Cəmşid Naxçıvanski”, Xalq teatrının aktrisası Aysel Yusubova “Xalq rəssamı Toğrul Nərimanbəyov”, Xalq teatrının aktrisası Dina Matiyeva “Akif İslamzadə” haqqında izləyicilərə maraqlı məlumatlar veriblər.
Uzunqazmalar kənd Folklor klubunun mədəni təşkilatçısı Töhfə Paşayeva “Şəhidlər” adlı poeziya dəqiqəsi, Göyəm kənd Mədəniyyət evinin bədii rəhbəri Cəmil Şabanov və Xalq teatrının aktyoru Şahin İsayev onlayn solo konsertlə çıxış ediblər.