07.08.2020
Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar olaraq karantin rejiminin tətbiq olunduğu dövrdə Zaqatala rayonunun mədəniyyət müəssisələrində COVID-19 virusun yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik tədbirlər davam etdirilir.
Növbəti dezinfeksiyaedici tədbirlər rayonun Mosul kənd Mədəniyyət evi, Danaçı və Makov kənd Folklor evlərində aparılıb.
Eyni zamanda müəssisələrin əməkdaşlarına şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.