07.08.2020
Oğuz rayon Mərkəzi Kitabxana Sistemində Zoom proqramı vasitəsilə onlayn seminar keçirilib.
Seminarda MKS-nin filiallarının və Mərkəzi kitabxananın əməkdaşları iştirak ediblər. Əvvəlcə MKS-nin direktoru Səhər Mikayılova filialların ötən dövr ərzində gördüyü işlər barədə danışıb və görüləcək işlər haqqında öz tövsiyələrini verib. Mərkəzi kitabxananın metodika və biblioqrafiya şöbəsinin böyük metodisti Qumru Malıyeva əlamətdar və tarixi günlər haqqında məlumat verərək, avqust ayında keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında danışıb. Sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.