06.08.2020
Oğuz rayon MKS nin Sincan kənd kitabxanasından təqaüddə olan müəllim ailəsinə səyyar kitabxana xidməti göstərilib.
Uzun illər Sincan kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləmiş Abdulla müəllimin və ədəbiyyat dərsini tədris etmiş Səadət müəllimənin yetişdirdiyi şagirdlərin səsi ali məktəblərdən, universitetlərdən gəlib. Onlar Savadlı müəllim olmaları ilə yanaşı Sincan kənd kitabxanasının fəal oxucuları olublar, şagirdləri keçdikləri fənlərlə baglı daim kitabxanaya yönləndiriblər.
Xidmət zamanı müəllimlər onları maraqlandıran ədəbiyyatlarla təmin edilib. Sonra son dövr hadisələri ilə baglı söhbətlər aparılıb. Şəhidlərimizə Allahdan rəhmət oxunub və onların əziz xatirəsi anılıb.