06.08.2020
Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon Şirvanlı kənd kitabxanasının müdiri Taliyə Xəlilovanın təşkilatçılığı ilə yaşlı kənd sakinlərinə səyyar kitabxana xidməti göstərilib.
Xidmət zamanı fəal oxuculardan Günay Eyyubova, Səma Məmmədova və Əzizə Çələbiyeva sakinlərlə görüşərək, onlara arzuladıqları kitabları çatdırıblar. Xidmətdən yararlanan sakinlər kitabxanaçılara və fəallara təşəkkürlərini bildiriblər.