06.08.2020
Oğuz rayon Tarix-Diyarşünaslıq muzeyi və Oğuz rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik-Vətənə xidmətin ali zirvəsidir” mövzusunda videokonfrans keçirilib.
Konfransda rayon Heydər Əliyev Mərkəzinin, rayon Mədəniyyət Mərkəzinin, 2 saylı tam orta məktəbin və Mərkəzi Kitabxana Sisteminin nümayəndələri iştirak ediblər. Konfrans Tovuz istiqamətində gedən son hadisələrə həsr olunub.