04.08.2020
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Şəkinin mədəniyyət müəssisələrində sanitar-dezinfeksiya işləri davam etdirilir.
İnfeksiyanın qarşısının alınması məqsədilə dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Qrafikə uyğun olaraq Şəki rayonu Şəki kənd Folklor evində dezinfeksiya işləri aparılıb.