01.08.2020
Zaqatala rayon Gənclər və İdman idarəsi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Milli birlik və həmrəyliyimiz ən güclü silahımızıdr" adlı vətənpərvərlik mövzusunda videokonfrans keçirilib.
Könüllü gənclərin də qatıldığı videokonfransda Rayon Gənclər və İdman idarəsinin rəisi Araz Əliyev, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, fəal gənc Dürrə Hacıyeva, gənc müəllim Günel Məmmədova və digər gənclər çıxış ediblər.
Sonra vətənpərvərlik anlayışı və vətəndaşlıq borcları ətrafında diskusiya aparılmış, hazırki həssas dönəmdə hər bir kəsin üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi edilmişdir.