01.08.2020
Oğuz rayon MKS-nin Xaçmaz kənd 24 saylı kitabxanasında, kitabxananın əməkdaşı Aynur Müzəffərovanın təşəbbüsü ilə “1 Avqust- Azərbaycan dili və Əlifbası günü” münasibətilə informasiya saatı təşkil edilib.
Tədbirdə əvvəlcə kitabxanaçı əlamətdar günlə əlaqədar məruzə edib, sonra fəal oxucular Nəzrin Qədirli və Fatimə Camalzadə "Şirin dil" mahnısını ifa edib, şeirlər söyləyiblər.