01.08.2020
“1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" ilə bağlı Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialında nağıl saatı keçirilib. Kitabxananın fəal oxucusu Aysu Abbaszadə kiçik yaşlı uşaqlar üçün nağıl oxuyub. Sonra yay tətilində mütaliənin inkişafı, söz ehtiyatının artırılması, sərbəst danışmaq üçün kitabxana müdiri Aybəniz Abdullayeva uşaqlara öz tövsiyələrini verib.