01.08.2020
Şəki şəhər MKS-nin Nizami Gəncəvi adına 5 №-li kitabxana filialının əməkdaşları tərəfindən ahıl yaşlı oxuculara mütəmadi olaraq səyyar kitabxana xidməti göstərilir. Növbəti xidmət zamanı kitabxananın müdiri Reyhanə Məsimova gözdən əlil olan oxucu Nadir Hüseynovla görüşərək, ona maraqlı kitablardan parçalar oxuyub.
Nadir Hüseynov göstərilən xidmətə görə kitabxanaçılara təşəkkürünü bildirib.