Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Filfili kənd kitabxanasında açıq kitabxana günü keçirilib

31.07.2020

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Filfili kənd kitabxanasında açıq kitabxana günü keçirilib. Tədbirdə Filfili kənd kitabxanasının müdiri T.Verdiyeva, fəal oxucu E.Nəsirov və Altay Çiyniyev adına Filfilli kənd tam orta məktəbin 4-cü sinif şagirdləri iştirak ediblər.

İştirakçılar əvvəlcə 1 Avqust Azərbaycan dili və Əlifbası Günü ilə əlaqədar "Dilimiz mənliyimizdir" başlıqlı sərgi ilə tanış olublar. Sonra T.Verdiyeva "Ana dili" başlıqlı məruzə ilə çıxış edərək, Azərbaycan dili və əlifbası haqqında geniş məlumat verib. Daha sonra 4-cü sinif şagirdləri Ruslan Həkimov, Ömər Şərifov, Jasmina Yusibova və Aysel Əyyubova Ana dili haqqında şeirlər söyləyiblər.