Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Qumlaq kənd kitabxanasında “Nağıllar aləmində” adlı nağıl saatı keçirilib

31.07.2020

Oğuz rayon MKS-nin Qumlaq kənd kitabxanasında “Yay məktəbi”  layihəsi əsasında “Nağıllar aləmində” adlı nağıl saatı keçirilib.

Tədbirdə kitabxanaçı R.Ağababayeva ilk öncə Tovuz döyüşləri və şəhidləri haqda məlumat verib. Uşaqlar sərgi ilə tanış olduqdan sonra kitabxanaçı uşaqlara kitabxanada olan nağıl kitablarını oxumağı tövsiyə edib və “Əlcək” nağılını oxuyub. Sonra Sənan Hacıyev “Dovşan oğlan” nağılından bir hissə danışıb.

Tədbirin sonunda kitabxanaçı R.Ağababayeva uşaqlara kiçik hədiyyələr təqdim edib.