Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Şirvanlı kənd kitabxanasında “Nağıl saatı” təşkil edilib

31.07.2020

Oğuz rayon Şirvanlı kənd kitabxanasında kiçik yaşlı məktəblilərin yay tətilini maraqlı keçirmək məqsədilə “Nağıl saatı" təşkil edilib.

Uşaqlar əvvəlçə  onlar üçün hazırlanan nağıl guşəsi ilə tanış olaraq,  sərgilənən  nağıl kitablarını oxuyublar. Kitabxana müdiri Taliyə Xəlilova uşaqlarla oxuduqları nağıllar ətrafında sual-cavab edərək, yay tətili günlərində oxuduqları nağıllar əsasında onlara şəkillər çəkməyi, yaxud təəssüratlarını yazmağı tövsiyə edib.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların tətil günlərində kitaba olan marağını və sevgisini artırmaq, onlarda mütaliə vərdişlərini formalaşdırmaqdan ibarət olub.