Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə regional videokonfrans keçirilib

31.07.2020

Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Qax, Zaqatala, Oğuz Mərkəzi Kitabxana  sistemlərinin əməkdaşları və Şəki Mərkəzi Kitabxanasının, kitabxana  filiallarının işçiləri ilə birlikdə "İnformasiya texnologiyaları vasitəsilə əhaliyə kitabxana xidmətinin səmərə və keyfiyyətinin dahada yaxşılaşdırılması" mövzusunda videokonfrans  keçirilmişdir. Konfransı Şəki MKS-nin direktoru Seyid Vahabov açaraq, qeyd edib ki,  kitabxana əməkdaşları texnoloji biliklərini real dövrün tələblərinə cavab verən səviyyədə gətirib çıxartmaq məcburiyyətindədir. Hazirda yaşadığımız pandemiya dövründə kitabxanalar onlayn fəaliyyət göstərir. Kitabxanalar nə qədər rəqəmsal formaya keçsə də onların fəaliyyəti insan faktoru xaricində imkansızdır"

Sonra Zaqatala MKS-nin direktoru Gülniyar Məmmədova, Qax MKS-nin direktoru Güllü Əhmədova, Oğuz mərkəzi kitabxanasının İnformasiya resurs şöbəsinin müdiri Mehparə Bəkirova diskussiya şəklində fikir mübadiləsi aparıblar.

Videokonfransda Oğuz mərkəzi kitabxanasının xidmət şöbəsinin müdiri Nəzakət Qasımova, kitabxanaçı Ləman Babayeva, Şəki mərkəzi kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Arifə Rzayeva, baş kitabxanacısı Almaz Rzayeva, İnformasiya resurs şöbəsinin müdiri Kəmalə İsmayılova, Metodika-biblioqrafiya şöbəsinin baş kitabxanacısı Gülər Məhyəddinova, Oxu zalının müdiri Yaqut Sadıqlı, Xidmət şöbəsinin bölmə müdiri Dilbər Yaqubova, 2 nömrəli kitabxana filialının müdiri Esmira Qədirova, 5 nömrəli kitabxana filialının müdiri Reyhan Məsimova, 6 nömrəli kitabxana filialının müdiri Günel Vahabova, 8 nömrəli kitabxana filialının kitabxanaçısı Arzu Hümmətova, 12 nomrəli kitabxana filialının kitabxanacısı Zərif Əsgərova, 9 nömrəli kitabxana filialının müdiri Rüfanə Həsənova, 12 nomrəli kitabxana filialının müdiri Qumru Quliyeva, 46 nömrəli kitabxana filialından Gültəkin Yusifova və 49 nömrəli kitabxana filialının müdiri Zamiq Abbasov iştirak ediblər.