30.07.2020
İyulun 30-da Şəki Regional Mədəniyyət İdarəsinin növbəti videokonfransı keçirilib. Videokonfransda Regional İdarənin rəisi, idarənin əhatə dairəsində olan rayonların baş məsləhətçiləri və müəssisə rəhbərləri iştirak ediblər.
Videokonfransı açan Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova kollektivi qarşıdan gələn müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib. Sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Anar Qabil oğlu Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 29-da 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak etməsi barədə məlumat verib.
Daha sonra Şəki və Qax Mərkəzi Kitabxana Sistemləri ilə Gəncəli həmkarları arasında həftə ərzində təşkil edilmiş virtual görüşlər, onlayn tədbirlər, müəssisələrdə aparılan dezinfeksiya işlərinin vəziyyəti və sair cari məsələlər müzakirə mövzusu olaraq, rəhbərliyə ünvanlanan suallar cavablandırılıb.