Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki MKS-nin 4 və 23 nömrəli kitabxana filialları dezinfeksiya olunub

30.07.2020

Şəki şəhərində və rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində işlər daha da intensivləşir.

Bu məqsədlə Şəki MKS-nin 4 və 23 nömrəli kitabxana filiallarında (COVİD-19) əleyhinə yenidən sanitar-dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri bu sahədə ixtisaslaşmış qurumlar tərəfindən yerinə yetirilib. Eyni zamanda müəssisələrin əməkdaşlarına şəxsi gigiyena qaydalarına düzgün əməl etmək, sosial məsafə saxlamaq və digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə olunub.