30.07.2020
Oğuz rayon MKS-nin 7 saylı Xalxal kənd kitabxana filialından kənddə yaşayan Mikayılovlar ailəsinə səyyar kitabxana xidməti gostərilib.
Xidmət zamanı kitabxananın müdiri Afaq Qasımova ailənin yaşlı sakini Sürayə Mikayılovaya Zəlimxan Yaqubun və Səməd Vurğunun kitabınlarından şeirlər oxuyub. Ailənin digər uzvləri isə başqa kitablarla tanış olublar.
Xidmətdən yararlanan ailə üzvləri kitabxanaçılara öz təşəkkürlərini bildiriblər.