Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Yemişənli kənd kitabxanasında səyyar xidmət təşkil olunub

30.07.2020

Oğuz rayon MKS-nin Yemişənli kənd kitabxana filialının təşəbbüsü ilə Yemişənli kəndində yerləşən Tibb məntəqəsində, “Hardan başlanır Vətən?" başlıqlı səyyar kitabxana xidməti təşkil olunub.

Xidmət zamanı kitabxana müdiri Rəqsanə Tahirova çıxış edərək,  Vətən yolunda canlarını fəda edən Şəhidlərimiz haqqında məlumat verib və Vətənpərvərlik mövzusunda  şeirlər səsləndirib.

Tibb məntəqəsinin müdiri Nigar Məmmədhüseynova kitabxanaçılara təşəkkürünü bildirərək, belə mövzularda tədbirlərin əhəmiyyətini qeyd edib.

Sonra tibb işçilərinə onları maraqlandıran mövzularda kitablar təqdim olunub.