Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Çaldaş kənd kitabxanasında “Ölməz sənətkar” adlı dəyirmi masa keçirilib

30.07.2020

Oğuz rayon MKS-nin Çaldaş kənd kitabxana filialında Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar olaraq  “Ölməz sənətkar” adlı  dəyirmi masa keçirilib.

Tədbirdə  fəal oxuculardan  Leyla Mustafayeva, Selcan Əmrahova, Türkan Əzizova, Rəksanə Mustafayeva və  kitabxanaçı Maygül Mustafayeva iştirak ediblər. Əvvəlcə kitabxanaçı yazıçının həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib və  sonra oxucuların iştirakı ilə yazıçının əsərləri ətrafında təhlillər aparılıb.