30.07.2020
Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Qarabulaq kənd kitabxanasında “1 Avqust Azərbaycan Dili və Əlifbası Günü” ilə əlaqədar "Misilsiz Xəzinə" başlıqlı informasiya günü keçirilib.
Tədbirdə Qarabulaq kənd kitabxanasının kitabxanaçısı S. Məmmədova, H.Əliyev Mərkəzinin Fond mühafizi Ş. Əlibəyli, H. Babayev adına 1 saylı məktəbin VII-X sinif şagirdləri və Oğuz rayon 3 saylı tam orta məktəbin IV-VII sinif şagirdləri iştirak ediblər.
Tədbiri kitabxanaçı S. Məmmədova açıb və "Azərbaycan Əlifbası" başlıqlı məruzəsi ilə çıxış edib. Azərbaycan dili və əlifbası haqqında geniş məlumat verən kitabxanaçı qeyd edib ki, Azərbaycan dilində yazı 1929-cu ilə kimi ərəb qrafikası ilə aparılmışdır.1929-1939- cu illərdə latın qrafikalı əlifba üzrə,1939-1991-ciillərdə kiril qrafikası üzrə və nəhayət 1991-ci ildən başlayaraq yenidən latın qrafikası üzrə aparılmışdır. Nəticədə1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olunmuşdur.
Sonra məktəb şagirdlərinin çıxışları dinlənilb və iştirakçılar Azərbaycan dili və əlifbasına həsr edilmiş "Misilsiz Xəzinə" başlıqlı sərgi ilə tanış olublar.