30.07.2020
Qax rayon MKS-nin Əmbərçay kənd kitabxanasının əməkdaşları pandemiya dövrünün tələblərinə uyğun olaraq oxuculara müxtəlif növ xidmətlər həyata keçirirlər. Səyyar kitabxana xidməti bunların sırasında ən çox istifadə olunanlardandır.
Bu baxımdan kitabxananın müdiri Gülmayə Məmmədova fəal oxucusu, təqaüdçü Davudova Begi Hacıməmməd qızının müraciətinə əsasən ona səyyar kitabxana xidməti göstərmişdir. Görüş zamanı B.Davudovaya onu maraqlandıran kitablar çatdırılmış və kitabxanaya daxil olmuş yeni nəşrlər barədə məlumat verilmişdir.