Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə və Qax kitabxanaçıları videokonfrans formatında görüşüblər

30.07.2020

Gəncə şəhər MKS və Qax rayon MKS kitabxanaçıları arasında videokonfrans formatında görüş keçirilib. Videokonfransda Qax MKS-nin direktoru G.Əhmədova, Gəncə MKS şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Gülnaz İsgəndərova və ümumilikdə 15 nəfər kitabxanaçı iştirak edib.

Görüşdə əsas məqsəd respublikada fəaliyyət göstərən kitabxanalar ilə əməkdaşlıq, təcrübə mübadiləsi etməklə bağlı fikirləri bölüşmək, tətbiq olunmuş karantinlə əlaqədar kitabxanalardakı virtual xidmətlər haqqında fikir mübadiləsi aparmaqdan ibarət olub.

Bildirilib ki, bu gün artıq kitabxanalarda yeni texnologiyalar tətbiq etməklə oxuculara qeyri-ənənəvi informasiya və mütaliə formaları hazırlayır, onların sorğularına müasir elektron vasitələrlə (e-kitab, e-jurnal, e-qəzet və s.) əhatəli cavab vermək üçün məlumat bazalarından istifadə edilir.

Görüşdə çıxışlar dinlənilib və fikir mübadiləsi aparılıb.