Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət İdarəsində “Kargüzarlığın tənzimlənməsi” ilə bağlı vebinar keçirilib

29.07.2020

Tədbiri giriş sözü ilə açan Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev  mədəniyyət müəsisiələrində vahid kargüzarlıq işi və düzgün sənədləşmə fəaliyyətinin təşkili baxımından vebinarın əhəmiyyətindən danışaraq, Ulu Öndər Heydər Əliyevin 27 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyət orqanlarında, idarə, təşkilat və müsəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”ın  tələblərini vebinar iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin sözügedən sənədlərin tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə görülən işləri qeyd edib.

Sonra Şəki Regional Mədəniyyət İdarəsinin kargüzarı Kəmalə Yusifova çıxış edərək, əlavə tövsiyələrini və tapşırıqlarını çatdırıb.

Daha sonra gündəlikdəki məsələ ətrafında iştirakçılardan ünvanlanan suallar cavablandırılıb.