Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonu Zəyəm kənd Mədəniyyət evində sanitar-profilaktika işləri aparılıb

28.07.2020

Qax rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində işlər daha da intensivləşir.

Bu məqsədlə rayonun Zəyəm kənd Mədəniyyət evində (COVİD-19) əleyhinə yenidən sanitar-dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri bu sahədə ixtisaslaşmış qurum tərəfindən yerinə yetirilib. Eyni zamanda müəssisənin əməkdaşlarına şəxsi gigiyena qaydalarına düzgün əməl etmək, sosial məsafə saxlamaq və digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə olunub.