27.07.2020
Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə videokonfrans keçirilib.
Şəhər və kənd mədəniyyət müəsisə rəhbərlərinin iştirakı ilə keçirilən konfransda 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar müəssisələrdə keçirilən tədbirlərdə könüllü gənclərin cəlb edilməsi və fəal iştiraklarının təmin edilməsi məsələləri müzakirə olunub. Eyni zamanda müəssisə rəhbərlərinə könüllü gənclərlə birlikdə daha aktual tədbirlərin həyata keçirilməsinə nail olunması tövsiyə edilib.