27.07.2020
Balakən rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində işlər daha da intensivləşir.
Bu məqsədlə rayonun Qaysa kənd Folklor evi, Qabaqçöl qəsəbə Folklor klubu və Hənifə kənd Diyarşünaslıq evində (COVİD-19) əleyhinə yenidən sanitar-dezinfeksiya işləri aparılıb.
Dezinfeksiya işləri bu sahədə ixtisaslaşmış qurumlar tərəfindən yerinə yetirilib. Eyni zamanda müəssisələrin əməkdaşlarına şəxsi gigiyena qaydalarına düzgün əməl etmək, sosial məsafə saxlamaq və digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə olunub.