Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Mədəniyyət Mərkəzində videokonfrans keçirilib

25.07.2020

S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində 6 ayın yekunlarına həsr olunmuş onlayn konfrans keçirilib. Konfransı Mərkəzin direktoru Kəmalə Məcidova aşaraq, müəssisələrin 6 aylıq fəaliyyəti haqqında məlumat verib. Məlumatda pandemiya dövründə mədəniyyət müəssisələrinin öz fəaliyyətini mövcud vəziyyətlə uyğunlaşdirdiğıni, sosial səbəkələrdə virtual tədbirlərin təskil olduğunu qeyd edib. Bununla yanaşı əmək intizamına ciddi riayət olunması, sərgi və stendlərin yenilənməsi, onlayn tədbirlərin təşkilinə daha ciddi yanaşılması tapşırılıb.

Sonra Almali kənd mədəniyyət evinin direktoru Asim Əliyev, İlisu kənd diyarsünaslıq evinin direktoru Zenfira Əfəndiyeva, Mərkəzin metodisti Rəna Məcidova və digərləri çıxış edərək, işlərini günün tələbləri səviyyəsində qurmağa calışdıqlarını, kompüter texnalogiyalarına daha dərindən yiyələnməyin vacib olduğu qeyd ediblər.

Səki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə məsləhətçisi Dilarə Əzizova onlayn keçirilən tədbirlərin keyfiyyətinin artirilmasını, konfransların mutəmadi keçirilməsini, pandemiya dövrünün qaydalarına ciddi əməl olunmasını bir daha vurğulayıb.