Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Böyük Söyüdlü kənd kitabxanasında mütaliə saatı təşkil edilib

25.07.2020

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Böyük Söyüdlü kənd kitabxanasında, kitabxanalarda “Yay məktəbi”nin təşkili ilə əlaqədar “Gəlin yayı kitabla keçirək” adlı mütaliə saatı təşkil edilib.

Kitabxananın həyətində keçirilən tədbirdə oxucuların asudə vaxtlarını səmərəli keçirmək üşün xarici və Azərbaycan yazarların kitabları ilə yanaşı, ayrıca olaraq qəhrəmanlıq mövzusunda olan kitablar və kiçikyaşlı məktəblilər üçün nağıllar sərgilənib.