25.07.2020
Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialının müdiri Aybəniz Abdullayeva və Oğuz rayon M.F.Axundov adına Mədəniyyət Mərkəzinin Baş Daşağıl kənd Sənətkarlıq klubunun mədəni - kütləvi təşkilatçısı Alimə Əliyeva Ağdamın işğal günü ilə bağlı Şəhid ailəsi Südabə Rəsulova ilə görüşüb.
Görüşdə bildirilib ki, Agdamın işğalından düz 27 il keçir. 1993-cü il 23 iyul tarixində mənfur düşmənlərimiz Ağdamı işğal etdi, bir neçə kəndimizi yandırıb viran qoydular. Günahsız xalqı yurd - yuvalarından qovdular.
Sonra o günləri kədər və göz yaşları içində xatırlayan şəhid anası Südabə Rəsulova oğlu ilə bağlı xatirələrini danışaraq bildirib ki, oğlunun arzusu hərbi təhsil almaq olub, ancaq tale elə gətirdi ki, o könüllü şəkildə cəbhəyə yollandı. Şəhid Əlövsət Həbibullayev Vətəninə, elinə bağlı olduğu üçün bu istək onu şəhidlik zirvəsinə ucaltdı. Şəhid anası onu da qeyd etdi ki, heç bir ananın gözü yaşlı qalmasın, bütün anaların gözlərindən ancaq sevinc göz yaşları axsın. Sonda Südabə ana görüş üçün öz minnətdarlığını bildirərək, belə görüşlərin bütün şəhid analarına xoş təsir bağışladığını, şəhidlərin ruhunun şad olduğunu vurğulayıb.