Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Baş Daşağıl kənd kitabxanasında səyyar xidmət təşkil olunub

24.07.2020

Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialının müdiri Aybəniz Abdullayevanın təşkilatçılığı ilə kəndin yaşlı sakini Nazlı Balabəyovaya  səyyar kitabxana xidməti göstərilmişdir.

Xidməti zamanı kitabxanaçı Zəlimxan Yaqubun, Məmməd Arazın şeirlərini oxumuş, bu il 150 illik yubileyi tamam olmuş Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı ilə bağlı məlumat vermiş, İsmayıl Şıxlının  "Dəli Kür” əsərinin qısa məzmununu danışmışdır.

Görüşün sonunda  Nazlı nənə  belə səyyar xidmətin göstərilməsinə görə öz təşəkkürünü bildirmişdir.