Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Şirvanlı kənd kitabxanasında Milli Mətbuatımızın 145 illiyi qeyd olunub

23.07.2020

Oğuz rayon MKS-nin Şirvanlı kənd kitabxanasında Milli Mətbuatımızın 145 illik yubileyinə həsr olunmuş informasiya saatı təşkil edilib.

Tədbirdə kitabxananın müdiri Taliyə Xəlilova iştirakçılara Milli Mətbuatımızın yaradıcısı Həsən bəy Məlikov-Zərdabi və eyni zamanda "Əkinçi" qəzetinin nəşri haqqında geniş məlumat verib. Bildirilib ki, məşhur Azərbaycan maarifçisi, görkəmli ictimai-siyasi xadim, təbiətşünas alim, naşir publisist, fədakar müəllim Həsən bəy Zərdabi misilsiz xidmətləri ilə xalqımızın mədəni və elmi fikrinin inkişafında silinməz izlər qoymuşdur. Beş il mübarizə apardıqdan sonra o, nəhayət 1875-ci il iyul ayının 22-də ilk milli Azərbaycan qəzeti olan "Əkinçi"-nin ilk sayını çapdan çıxarmışdır. Bu da Həsən bəyin zəngin fəaliyyətinin ən mühüm sahəsi, tacı və çələngi olub. Qəzet uzun müddət fəaliyyət göstərə bilməmiş, cəmi 56 nömrəsi çapdan çıxıb. 1877-ci ildə çar hökumətinin göstərişi ilə bağlanıb.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 27 mart 2000-ci il tarixli fərmanında "Milli mətbuatın yaranmasının 125 illiyi haqqında" fərman imzalamışdır. Məhz bu əhəmiyyətli sənədin qəbul edilməsindən sonra, hər il iyulun 22-si Respublikamızda Milli Mətbuat Günü kimi qeyd olunur.

Sonra iştirakçılar "Əkinçi" kitabı və Milli mətbuat günü haqqında məlumatlar olan jurnallarla tanış olublar.