23.07.2020
Balakən rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində işlər daha da intensivləşir.
Bu məqsədlə MKS-nin Mahamalar və Qaysa kənd kitabxanalarında, Kortala kənd Diyarşünaslıq və Mahamalar kənd Folklor evlərində (COVİD-19) əleyhinə yenidən sanitar-dezinfeksiya işləri aparılıb.
Dezinfeksiya işləri bu sahədə ixtisaslaşmış qurumlar tərəfindən yerinə yetirilib. Eyni zamanda müəssisələrin əməkdaşlarına şəxsi gigiyena qaydalarına düzgün əməl etmək, sosial məsafə saxlamaq və digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə olunub.