17.04.2020
Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, şəxsi gigiyenya diqqət və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.
Bunu nəzərə alan Şəki rayon Çeşməli kənd klubunun könüllüləri #sizhəmişəbizimləsiz aksiyasına qoşularaq, 50 ədəd tibbi maska tikərək hazırlamış və maskalar ehtiyacı olan kənd sakinlərinə paylanılmışdır.