Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonu Ləkit kənd Diyarşünaslıq Evinin könüllüləri “#ahıllaradəstəkolaq” kampaniyasında fəal iştirak edirlər

17.04.2020

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə Qax rayonu Ləkit kənd Diyarşünaslıq Evinin könüllüləri “#Evdəqal” devizi ilə keçirilən “#ahıllaradəstəkolaq” kampaniyasına qoşularaq,  evdə özünütəcrid vəziyyətində qalan, sosial yardıma ehtiyacı olan 65 yaşdan yuxarı tənha və ahıl şəxslərin ehtiyaclarının ödənilməsinə, onlara lazımi sosial-tibbi və mənəvi köməyin göstərilməsinə diqqəti daha da  artırıblar.

Aksiya zamanı könüllülər Ləkit kənd sakinləri, 81 yaşlı Abidət Rəhimovaya, 80 yaşlı Ayna Babayevaya, 90 yaşlı Möminə Sadovaya, 75 yaşlı Mürsəl İsmayılova, 70 yaşlı Mədinə Pirimovaya, ahıl yaşlılar İncixanım Əmirovaya, Narıngül Camalovaya, Sona Şıxəmirovaya, Dilrubə Cavadovaya və aztəminatlı ailələrdən Arzu Rəhimovayanın ailəsinə  kollektiv adından maddi yardım olaraq ərzaq və tibbi ləvazimatlar çatdırıblar.

Yardım alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.