17.04.2020
Sosial izolyasiya müddətində vətəndaşların evdən çıxmadan musiqi dinləməsi və mədəniyyətin müxtəlif sahələrindən xəbərdar olmaları üçün bu günlər Mədəniyyət Nazirliyi bir sıra layihələr həyata keçirir və müasir informasiya texnologiyalarının köməyi ilə bu layihələr reallaşdırılır.
Xalq artisti Gülyanaq Məmmədova da “#EvdəQal” devizi altında Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#EvdəMədəniyyətimiziYaşadaq” layihəsinə qoşulub. Xeyirxah təşəbbüsə qoşulan Xalq artisti koronavirusla bağlı mübarizəyə həsr olunmuş çağırışlara dəstək olaraq, Şəkidəki evlərinin həyətindən izləyicilərə təqdim etdiyi video-çarx vasitəsilə sosial izolyasiya aksiyasında məsuliyyətli olmağa səsləyib.
Videonu izləmək üçün: https://youtu.be/mJVC7Qw2-9g