17.04.2020
Balakən rayon Heydər Əliyev Mərkəzində 11-17 yaşlı məktəblilər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda onlayn şeir müsabiqəsi keçiriləcək.
Müsabiqədə fərqlənən 5 ən yaxşı ifa Balakən rayon Heydər Əliyev Mərkəzinin İnstaqram səhifəsində paylaşılacaq və qaliblər fəxri fərmanlarla mükafatlandırılacaqlar.