17.04.2020
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərinin prospekt və küçələrində, çoxmənzilli yaşayış binalarında, müəssisə və təşkilatların inzibati binalarında, həmçinin rayonun digər yaşayış məntəqələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır.
Pandemiya ilə mübarizə tədbirlərinə dəstək məqsədilə Şəki Uşaq İncəsənət Məktəbinin müəllimi Ziyafət Mustafayeva ev şəraitində 70 ədəd tibbi maska hazırlamış və maskalar şəhərdə təmizlik və dezinfeksiya işlərini həyata keçirən Şəki şəhər Komunal Təsərüffat İstehsalat Birliyinə təhvil verilmişdir.