16.04.2020
Regionun tanınmış sənətçilərindən olan Oğuz rayon “Ailə” xalq kollektivi “#Evdəqal” devizi altında Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində onlayn konsetlə çıxış edib. Konsert Aprelin 15-də, saat 15-00-da canlı olaraq FACEBOOK sosial şəbəkəsi üzərindən yayımlanıb.
Konsertdə izləyicilərə kollektivin üzvləri Əşrəf, Emil, Samir və Amil Salahovların ifasında ən çox sevilən xalq mahnıları və milli instrumental musiqilər təqdim olunub.