Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon MKS-nin Qarabulaq kənd kitabxanası #ahıllaradəstəkolaq aksiyasına qoşulub

16.04.2020

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Qarabulaq kənd kitabxana filialının könüllüləri “#ahıllaradəstəkolaq”, “#evdəqalsağlamqal” aksiyasına qoşularaq, sosial yardıma ehtiyacı olan Xalxal Qışlaq kənd sakini, 72 yaşlı Sona Yusifovaya baş çəkib, ona kollektiv adından maddi yardım olaraq ərzaq və tibbi ləvazimatlar çatdırıblar.