Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakənli gənc müğənni Burhan Rəşidov canlı konsertlə çıxış edib

16.04.2020

Xüsusi karantin rejimi günlərində Balakən rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri və musiqi kollektivləri də sosial şəbəkələr vasitəsilə fəaliyyətlərini davam etdirərək, “#Evdəqal” devizi altında Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində internet üzərindən mədəni xidmətlər göstərirlər.

Aprelin 15- də gənc müğənni, Balakən rayonu Mahamalar Folklor Evinin bədii rəhbəri Burhan Rəşidov qardaşı Elvin Rəşidovla birlikdə FACEBOOK izləyicilərinə canlı olaraq Dünya İncəsənət gününə həsr olunmuş konsertini təqdim edib. Konsertdə Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələr və vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.