Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mədəniyyət qalası” qəzetinin növbəti sayı çapdan çıxıb

28.10.2019

 “Mədəniyyət qalası” qəzetinin  növbəti oktyabr nömrəsi çapdan çıxıb.

Qəzetin yeni sayında oxuculara Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü, 18 Oktyabr Dövlət Müstəqilliyi Günü, Nəsimi-650, Zaqatalada keçirilmiş II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı, Qax şəhərində keçirilən III Bal bayramı, Şəkidə Xalq rəssamı Əşrəf Heybətovun yeni açılmış sərgisi, Ənənəvi Respublika Folklor Festivalının Balakən şəhərində keçirilmiş seçim turu, 7 Oktyabr Beynəlxalq Layiqli Əmək Günü barədə və regionun mədəni həyatını əks etdirən digər məqalələr təqdim olunub.

Qəzetlə onlayn tanış olmaq üçün www.sheki.mctgov.az  ünvanına keçmək təklif olunur.