Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən MKS-nin Katex kənd kitabxanasının əməkdaşları səyyar kitabxana xidməti göstərirlər

25.10.2019

25 oktyabr 2019-cu il tarixdə Balakən MKS-nin Katex kənd kitabxanasının əməkdaşları Qarahacılı tam orta məktəbdə yaradılmış icma əsaslı təhsil mərkəzinin 3-4 yaşlı uşaqları üçün səyyar kitabxana xidməti göstəriblər. Kitabxananın müdiri Tahirə Əfəndiyeva və kitabxanaçı Reyhan Məmmədhəsənova uşaqlar üçün jurnalllardan maraqlı şeir oxuyub və nağıllar danışıblar. Uşaqlardan Əli, Aylin, Ömər, Duyğu da bildikləri şeirlərdən söyləyib və yeni jurnallarla tanış olublar. Mərkəzin müəllimləri bu görüşdən məmnun qaldıqlarını və belə səyyar xidmətlərin tez-tez keçirilməsini kitabxanaçılardan xahiş ediblər.