Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İlisuda “Qoy həmişə günəş olsun!” mövzusunda uşaq səhərciyi keçirilib

24.10.2019

İlisu kənd diyarşunaslıq evinin təşkilatçılığı ilə İlisu kənd uşaq baxçasında Uşaq hüquqları aylığı çərçivəsində “Qoy həmişə günəş olsun!” mövzusunda uşaq səhərciyi keçirilib. Uşaqlardan Dərya Rəhimlinin, Vidadi İbrahimlinin, Nazim Əlimzadənin, Mahmud Xəlilovun ifasında Vətənə, Azərbaycana, Sülhə aid mahnılar və xorun ifasında “Qoy həmişə günəş olsun!” şeri səsləndirilib. Səhərcik uşaqların rəqsi ilə başa çatıb.