
04.12.2025
Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə "Adında müdriklik, sözündə əbədiyyət" adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin, Oğuz rayon Uşaq Musiqi məktəbinin, Oğuz rayon Mərkəzi Kitabxanasının, Oğuz rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, Oğuz rayon H.Babayev adına 1 saylı orta məktəbin şagirdləri iştirak edib.
Çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanın Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı"nı diqqətə çatdırıblar, Fikrət Qoca yaradıcılığından bəhs ediblər.
Tədbirin bədii hissəsində Oğuz Şəhər H.Babayev adına 1 saylı orta məktəbin şagirdləri Xalq şairi Fikrət Qocanın şeirlərini səsləndirib, Oğuz rayon Uşaq Musiqi məktəbinin müəllim və şagirdləri Hikmət Malıyev, Süleyman İsmayılov, Dünyamin Rəsulov, Əli Qədimalızadə, Ayxan Əhmədzadənin ifasında Fikrət Qocanın şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.