
28.07.2026
İyulun 28-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş iclas-müşavirəsi keçirilib.
İclasda region üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri, eləcə də idarənin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov cari ilin ilk altı ayı ərzində görülmüş işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə geniş məlumat verib. Bildirilib ki, hesabat dövründə regionda mədəniyyət sahəsinin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib, müəssisələrin fəaliyyəti nəzarətdə saxlanılıb və xidmət keyfiyyətinin artırılması məqsədilə müvafiq addımlar atılıb.
Daha sonra idarənin aidiyyəti struktur bölmələrinin əməkdaşları və müəssisə rəhbərləri çıxış edərək rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər barədə hesabatlar təqdim ediblər.
Çıxışlarda mövcud vəziyyət təhlil olunub, qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edilib.
İclasın yekununda növbəti dövr üçün əsas prioritet istiqamətlər müəyyənləşdirilib, müvafiq tapşırıqlar verilib.