
03.08.2026
3–5 avqust tarixlərində Şəki şəhərində fəaliyyət göstərən Şəki şəhər Uşaq incəsənət məktəbində 9–15 yaşlı uşaqlar üçün “Yay məktəbi” layihəsinə başlanılıb.
Layihənin əsas məqsədi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların incəsənətə marağının artırılması, rəqəmsal və bədii bacarıqlarının təkmilləşdirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün yaradıcı və öyrədici mühitin formalaşdırılmasıdır.
Proqram çərçivəsində iştirakçılar rəqəmsal bacarıqlar, fortepiano, rəssamlıq və rəqs istiqamətləri üzrə ustad dərslərinə qatılır, açıq havada təşkil olunan yaradıcı oyunlarda iştirak edirlər. Layihənin sonunda isə uşaqlar tərəfindən hazırlanmış işlər sərgidə nümayiş etdiriləcək.
Qeyd edək ki, “Yay məktəbi” layihəsi avqustun 5-də başa çatacaq.